“Mənim vəzifədə qalmağım dəqiq bilinmir” - Misir Mərdanov danışdı

“Mənim vəzifədə qalmağım dəqiq bilinmir” -
Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov elm və təhsil naziri Emin Əmrullayevlə görüşündən danışıb.

GUNDEMİNFO.AZ xəbər verir ki, sabiq təhsil naziri Qaynarinfo-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib:

"Rəhbəri olduğum Riyaziyyat və Mexanika İnstitutu da nazirliyin balansına keçib. Nazir gəlib institutla ilə tanış oldu. Yanvar ayının 1-də nazirliyə keçidlə əlaqədar müzakirələr apardıq".

Misir Mərdanov həmçinin bildirib ki, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsində qalıb-qalmaması məsələsinə sonra baxılacaq:

"Mənim vəzifədə qalmağım dəqiq bilinmir. Bu məsələ nazir və sözügedən qurumun vəzifəli şəxslərindən aslıdır. Görüşdə bu məsələ müzakirə mövzusu olmadı".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
639 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...