AREA-ya yeni direktor müavini təyin olunub

AREA-ya yeni direktor müavini təyin olunub

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini vəzifəsinə yeni təyinat olub.

"Report"un quruma istinadən verdiyi məlumata görə, energetika nazirinin 9 dekabr 2022-ci il tarixli əmri ilə sözügedən vəzifə Aygün Zeynalovaya həvalə edilib.

O, bundan əvvəl AREA-nın Layihələrlə iş və hüquq şöbəsinə rəhbərlik edib və yeni vəzifəsində Təbriz Əmmayevi əvəz edib.

A.Zeynalova Bakıda anadan olub, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq ixtisasını fərqlənmə diplomu ilə bitirib, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Strasburq Universitetində (Fransa) Avropa Hüququ və Beynəlxalq Hüquq ixtisası üzrə magistr dərəcəsi alıb, Avropa İttifaqının tam təqaüdü ilə Belçika Krallığının Avropa Kollecində Avropa hüququ üzrə magistr təhsili alıb, hazırda London Kral Kollecində Beynəlxalq maliyyə və kommersiya hüququ üzrə magistr proqramında təhsilini davam etdirir.

O, əmək fəaliyyətinə 2012-ci ildə Lüksemburqda yerləşən Avropa İttifaqının Ədalət Məhkəməsində hüquqşünas kimi başlayıb, fəaliyyətini özəl sektorda korporativ hüquqşünas və baş hüquqşünas olaraq davam etdirib, Maliyyə Monitorinqi Xidmətində və digər qurumlarda məsul vəzifələrdə çalışıb.

A.Zeynalova 2014-cü ildən pedaqoji fəaliyyətlə məşğuldur. O, ingilis, fransız, türk, rus, holland dillərini bilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
743 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...