““TikTok”un Azərbaycanda gündəlik auditoriyası 3 milyondur”
““TikTok” rəsmiləri yenidən Bakıdadır. “TikTok”un Şərqi Avropa üzrə rəsmiləri Azərbaycanın dövlət və özəl sektoru ilə, ekspertlərlə görüşlər keçirib. Bu sosial platforma son zamanlar Azərbaycanın rəqəmsal bazarına ciddi maraq göstərir”.
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
O bildirib ki, “TikTok” rəsmi komandası ötən bir neçə gündə ölkəmizdə keçirdikləri görüşlərdə təhsil, mədəniyyət, idman və turizm, uşaqların təhlükəsizliyi və s. istiqamətlərdə müxtəlif layihələrin, Azərbaycandilli kontentin inkişafı ilə bağlı birgə işlərin icrası məsələlərini müzakirə ediblər:
““TikTok rəsmisi ilə görüşdə Azərbaycanın rəqəmsal bazarı, ölkədə qlobal şirkətlərlə bağlı hazırlanan yeni tənzimləyici sənədlər haqqında məlumat verdim. Belə anladım ki, “TikTok” rəsmiləri gələcəkdə Azərbaycanda rəsmi ofisin açıla biləcəyini istisna etmir. Onlar Azərbaycanda “TikTok”un gündəlik auditoriyasının 3 milyon olduğunu qeyd edirlər.
Ekspert sonda qeyd edib ki, hazırda regionda yalnız Rusiya və Qazaxıstanda “TikTok”un rəsmi ofisləri fəaliyyət göstərir.
660 dəfə oxundu