Ömər Faiqin nəticəsi Azərbaycanın tualet problemindən yazdı - İran sərhədinə qədər...

Ömər Faiqin nəticəsi Azərbaycanın tualet problemindən yazdı -
Təxminən 5 il öncə Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi, hazırda Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri Kənan Quluzadə mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycana gələn turistlərin tualet problemi tezliklə həllini tapacaq.

Ömər Faiqin nəticəsi Azərbaycanın tualet problemindən yazdı -


O qeyd etmişdi ki, bu problemin aradan qaldırılması üçün ölkədə hər 100 km-dən bir turizm məlumat mərkəzlərinin yaradılması planlaşdırılır.

Ömər Faiqin nəticəsi Azərbaycanın tualet problemindən yazdı -


Azərbaycan milli mətbuatının böyük nümayəndəsi Ömər Faiq Nemanzadənin İngiltərənin Kembric şəhərində yaşayan nəticəsi Ülviyyə Pepinovanın bir müddət öncə ölkəmizə səfəri turistlərin tualet problemini yenidən qabartdı. Ülviyyə xanım öz narazılığını sosial şəbəkə hesabı üzərindən etdi.

Ömər Faiqin nəticəsi Azərbaycanın tualet problemindən yazdı -


O, Qobustan muzeyinin ayaqyolusundakı natəmizlik haqda bunları qeyd edib:

Ömər Faiqin nəticəsi Azərbaycanın tualet problemindən yazdı -
Ömər Faiqin nəticəsi Azərbaycanın tualet problemindən yazdı -


Peşəkar turist bələdçisi (gid) Balaş Maqsudbəyli Musavat.com-a bildirib ki, Ülviyyə Pepinovanın qaldırdığı məsələ yeni deyil:

"5-6 il bundan öncə bu haqda mən də danışmışam, həmkarlarım da söhbət açıb. Baxmayaraq ki, bəzi muzeylər yenidən tikilib, amma orada ayaqyolu ilə bağlı xidmət zəifdir. Bu baxımdan Milli Xalça Muzeyi, Yanardağ Muzeyi fərqlənir. Turistlərlə çalışan bir şəxs kimi təəssüflə bildirirəm ki, bu sektorda tualet məsələsi qənaətbəxş deyil. İran sərhədinə qədər yolda normal bir tualetə rast gəlmək olmur. Yadımdadır, xarici turistlərlə Astaradan qayıdarkən vəziyyət gərgin idi, normal tualet tapa bilmirdik. 3-4 il bundan əvvəl bəzi yanacaqdoldurma məntəqələrində təmiz tualetlər var idi, amma indi vəziyyət dəyişib. Şəxsi obyekt olduğuna görə birdən-birə 30 nəfərin daxil olmasına narazılıq edirlər. Məndə olan məlumata görə, son illər yolboyu müasir standartlara cavab verən tualetlər tikilir. Gürcüstan sərhədinə qədər və cənubda belə ayaqyolular tikilib. Amma hansısa səbəbdən hələ açılmayıb. Təbii ki, muzeylərin də tualetlərinə bir az əl gəzdirsələr – vaxtında silib-süpürsələr, səliqəli vəziyyətdə saxlasalar və məlzəmələri vaxtında yerləşdirsələr qonaqlar qarşısında üzüağ olarıq. Tualet də bir mədəniyyətdir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
550 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...