“Sərhədsiz Reportyorlar”dan Azərbaycanda qəbul edilən qanunla bağlı - Çağırış

“Sərhədsiz Reportyorlar”dan Azərbaycanda qəbul edilən qanunla bağlı -
“Sərhədsiz Reportyorlar” təşkilatı (Reporters Without Borders - RSF) Azərbaycanı “KİV haqqında” qanuna yenidən baxmağa çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə təşkilatın tvitter səhifəsində məlumat dərc olunub.
“Azərbaycan üçün kədərli yubiley: media sektoruna nəzarəti gücləndirən və jurnalistlərə qarşı qanun pozuntularını qanuniləşdirən “KİV haqqında” yeni qanunun qəbulundan bir il ötür. RSF qanuna tamamilə yenidən baxılmasını tələb edir”, - məlumatda deyilir.
Qeyd edək ki, Azərbaycanda müstəqil jurnalistlər bir neçə gündür media reyestri ilə bağlı qanuna dəyişiklik edilməsi barədə "icazəli media istəmirik" kampaniyasını başladıblar. Jurnalistlər bu qanun Azərbaycan Konstitusiyasına zidd olduğunu bildirirlər.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov isə ötən ay verdiyi açıqlamada bildirib ki, son iki ayda Media Reyestrində qeydiyyatdan keçmək üçün müraciət edən media strukturlarının sayı 200-dən çoxdur. Onlardan 160-a yaxınına müsbət cavab verilib, digərlərinin müraciətlərinə baxılır. Media reyestrindən keçməyənlərə gəlincə, Əhməd İsmayılov həmin mediaların məhkəməyə veriləcəyini deyib:
"Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Fəaliyyətlərinin davam etdirilib-etdirilməməsi barədə qərarı isə məhkəmə verəcək".
Xatırladaq ki, 2021-ci ilin sonunda Azərbaycanda "Media haqqında Qanun" parlamentdə müzakirəyə çıxarılıb və qəbul edilib.
2022-ci ilin fevralında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qanunu təsdiqləməsilə qüvvəyə minib. Yeni qanun media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur. Reyestrin aparılması qaydaları prezidentin 26 sentyabr 2022-ci ilə tarixli Fərmanı ilə təsdiq edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
686 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...