Böyrək çatışmazlığının əlamət və simptomları açıqlanıb

Böyrək çatışmazlığının əlamət və simptomları açıqlanıb
"Əfsuslar olsun ki, əksər hallarda başlanğıcda ciddi bir şikayətlər müşahidə olunmur və bir qrup xəstələrdə çox irəli mərhələdə böyrək çatışmazlığı aşkar olunur".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nefroloq Elnur Fərəcov deyib.

O bildirib ki, ilkin simptomlar kimi arterial təzyiqin yüksəlməsi və aşağı ətraflarda ödəmlərin olmasını qeyd etmək olar: "Əlavə olaraq, günlük sidiyə getməkdə dəyişiklər, gecələr tez-tez getmə və ya getmə zamanı yanma, göynəmə olması kimi şikayətlər əmələ gəlir. Halsızlıq, iştahsızlıq, ürəkbulanma, təngnəfəslik, qaşınma və aşağı ətraflarda olan qıcolmalar kimi simptomlar daha sonrakı mərhələdə olan xəstələrdə müşahidə olunur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
582 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...