Ermənistanda gənclər arasında narkomaniya və alkoqolizm daha da artır
Gənc ermənilər arasında getdikcə daha çox narkomaniya və alkoqolizm hallarına rast gəlinir.
"Report" xəbər verir ki, bu barədə Ermənistanın Milli Müalicə Mərkəzinin direktoru Suren Nazinyan yerli mətbuata müsahibəsində bildirib.
"Əsasən 35-40 yaşdan yuxarı insanlar alkoqolizm asılılığından müalicə olunur, gənclər isə narkomaniyadan müalicə alırlar. Bu həm də onunla əlaqədardır ki, narkomaniyadan asılılıq üçün daha qısa - bir neçə gün və ya həftə kifayətdir. Alkoqolun aludəçisi olmaq üçün illərlə müntəzəm istifadə tələb olunur”, - Nazinyan deyib.
Mütəxəssis onu da bildirib ki, Mərkəzin narkomaniya xəstələrinin böyük əksəriyyəti (95%) kişilərdir, lakin son illər qadın əhali arasında da mənfi tendensiya müşahidə olunur. Onun sözlərinə görə, xəstə kişilər və qadınlar arasında səbəb fərqlidir. Əgər kişilər həzz dalınca narkotikdən istifadə etməyə başlayırsa, qadınlar əksinə, depressiyaya düşərək, reallıqdan qaçmaq istəyi ilə narkotik qəbul edirlər.
“Bundan başqa, illər keçdikcə mərkəzin xəstələri cavanlaşır. Artıq yeniyetmələrə də rast gəlinir, baxmayaraq ki, 10 il əvvəl bunu təsəvvür etmək çətin idi”, - Mərkəzin direktoru bildirib.
548 dəfə oxundu