““Formula 1”in müddətinin uzadılması ilə bağlı danışıqlar gedir”

““Formula 1”in müddətinin uzadılması ilə bağlı danışıqlar gedir”
“Ümidvarıq ki, Azərbaycan Qran Prisi keçirilməyə davam edəcək. Çünki “Formula 1”in iqtisadi və sosial faydaları çoxdur”.

Gundeminfo.az “Report”a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

O bildirib ki, Bakıdakı yarışın müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir:

“Bu barədə yekun məlumatlar olan kimi ictimaiyyətlə bölüşüləcək”.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə keçiriləcək. “Formula 1”lə hazırkı anlaşmanın müddəti bu il başa çatacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
533 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...