Ali Məhkəmənin mətbuat katibi istefa verdi

Ali Məhkəmənin mətbuat katibi istefa verdi
Ali Məhkəmənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri - mətbuat katibi Allahverdi Məmmədli işdən ayrılıb.

APA xəbər verir ki, Allahverdi Məmmədli vəzifəsindən azad olunması üçün ərizə yazıb.

O, yaş həddi ilə bağlı vəzifədən azad olunması xahişi ilə Ali Məhkəmənin sədrinə ərizə ilə müraciət edib.
Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Allahverdi Məmmədli 1956-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində anadan olub. Filologiya elmləri doktoru, professordur. Ali Məhkəmənin mətbuat katibi vəzifəsindən əlavə Bakı Dövlət Universitetində çalışır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
538 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...