ŞOK FAKT: “Hüseyn Dəryaya SUİ-QƏSD EDİLİB“ – Cangüdəni danışdı

ŞOK FAKT: “Hüseyn Dəryaya SUİ-QƏSD EDİLİB“ –
"Hüseyn Dəryaya sui-qəsd edilib. Soyuq silahla ona sui-qəsd etməyə cəhd göstərmişdilər. Həmin hücumdan bir gün əvvəl axşam hadisə baş verdi. Ondan sonra növbəti gün bu sui-qəsd yaşandı. Ona hücum edildi. Mən də qarşısını aldım və yaralandım".

GUNDEMİNFO.AZ xəbər verir ki, BAKU.WS-in məlumatına görə, bu sözləri bir zamanlar şou-biznesdəki müğənnilərin cangüdəni olaraq çalışan Emin Ağayev deyib.

"Birincilər" layihəsinə danışan Ağayev deyib ki, repçi Hüseyn Dəryaya qarşı bir yox, bir neçə dəfə sui-qəsd cəhdi edilib:

"Hüseynlə çalışdığım dövrlərdə iki tədbir zamanı iki-üç dəfə yaralanmışam. Hətta bir dəfə Bakı Dövlət Universitetində onun konserti var idi. Təşkilatçılar bu barədə daha yaxşı bilərlər. Hüseynə həmişə deyirdim ki, kütlənin arasına girmə. O, camaatın arasına atlandı. Sonra biz gördük ki, kütlənin arasında nəsə parıldayır. Oradan Hüseynə bıçaq atdılar. O bıçağı mən əlimlə saxladım. Əlimdə hələ kəsik izi qalıb. İzdiham olduğundan o bıçağı kimin atdığını belə görmədik".

Xatırladaq ki, Hüseyn Dərya 2014-cü il martın 14-də gecə saat 23 radələrində keçirdiyi avtomobil qəzası zamanı dünyasını dəyişib. O, Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
692 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...