Azərbaycanda əhalinin sayı artır, amma pensiyaçıların sayı azalır

Azərbaycanda əhalinin sayı artır, amma pensiyaçıların sayı azalır
Azərbaycan müstəqillik əldə etdikdən sonra pensiyaçıların sayı 6,8% azalıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycanın müstəqillik əldə etməsindən sonrakı ilk ildə - 1992-ci ildə ölkədə 1 miyon 287 min 687 pensiyaçı olub və bunların 803 min 114 nəfərini yaşa görə pensiya alanlar təşkil edib.
Həmin dövürdə Azərbaycan əhalisinin sayı 7 milyon 324,1 min nəfər olduğu üçün yaşa görə pensiya alanların sayı əhalinin ümumi sayının 10,96%-nə bərabər olub.
Bu ilin əvvəlinə olan sonuncu məlumata görə Azərbaycanda 1 milyon 200 min 475 pensiyaçı olub və onların 707 min 1 nəfəri yaşa görə pensiya alıb. Azərbaycan əhalsinin sayı isə 2022-ci ilin yekununda 10 milyon 156,4 min nəfərə çatıb. Bu da o deməkdir ki, Azərbaycan əhalisinin 6,96%-i yaşa görə pensiya alır.
Son 30 ildə əhalinin ümumi sayı 36,7% artdığı halda, yaşa görə pensiya alanların sayı 12% azalıb.
1992-ci il 2022-ci il
Pensiyaçıların ümumi sayı 1 287 687 nəfər 1 200 475 nəfər
Yaşa görə pensiya 803 114 nəfər 707 001 nəfər
Əhalinin ümumi sayı 7 324,1 min nəfər 10 156,4 min nəfər
Yaşa görə pensiya alanların əhalinin ümumi sayına nisbəti 10,96 % 6,96 %



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
623 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...