"McDonalds"da aparılan LGBT təbliğatı əxlaqsız və qəbuledilməzdir

"McDonalds"da aparılan LGBT təbliğatı əxlaqsız və qəbuledilməzdir
Gürcüstandakı "McDonalds" restoranlarında aparılan LGBT təbliğatı əxlaqsız və qəbuledilməzdir.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.

"Ən məşhur restoran şəbəkələrindən biri olan "McDonalds" bu təbliğatı təşviq edib. Bu əxlaqsız və qəbuledilməzdir. Biz izahatlar eşitdik, lakin bu kifayət deyil. Bunun qlobal kampaniyanın bir hissəsi olması cavabı qəbuledilməzdir. Təqdirəlayiqdir ki, cəmiyyətin buna reaksiyası kifayət qədər güclü və adekvat olub", - o bildirib.

Baş nazir qeyd edib ki, hər kəsin öz həyat tərzini seçmək haqqı var və dövlət heç kəsin şəxsi həyatına qarışmır, lakin məktəb və bağçalarda, gənclər arasında LGBT təbliğatının aparılması qəbuledilməzdir.

Qeyd edək ki, bir neçə gün öncə Gürcüstandakı "McDonalds" restoranlarının uşaqlar üçün nəzərdə tutulmuş "Happy meal" menyusuna britaniyalı müğənni Elton Conun həyatı ilə bağlı kitabça əlavə edilib. Kitabçada öz həmcinsi ilə evlənmiş Elton Conun iki uşağı ilə birlikdə arzuladığı həyatı yaşadığı qeyd olunub. "McDonalds Georgia" şirkəti kitabça ilə bağlı əvvəlcə üzrxahlıq bəyanatı yayaraq ictimaiyyətdən üzr istəyib. Lakin bəyanat qısa müddət sonra şirkətin sosial şəbəkə hesabından silinib./APA



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
610 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...