Almaniya son 7 ilin ən böyük qaçqın böhranı ilə üzləşib
Almaniya 2016-cı ildən bəri ən böyük qaçqın böhranı ilə üzləşib. Bu barədə “Report”un Avropa bürosunun sorğusunu Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) Mətbuat Xidməti cavablandırıb. BAMF-dan bildirilib ki, bu ilin ilk ayı ərzində federal idarəyə sığınacaq üçün 162 271 nəfər müraciət edib. Onlardan 150 166 nəfəri ilk dəfə sığınacaq üçün müraciət edənlərdir. Bu, keçən ilin eyni rübü ilə müqayisədə 77.5% çoxdur.
Bu ilin ilk altı ayında Almaniyaya illeqal yollarla keçmək istəyən 45 338 nəfər polis tərəfindən saxlanıb. 2022-ci ilin eyni rübündə bu rəqəm 29 174 olub.
Qaçqın axını öz növbəsində kirayə ev bazarına da təsir edib. Şəhər bələdiyyələri hökumətə təklif ediblər ki, idman zalları və asudə vaxt mərkəzləri qaçqın yataqxanasına çevrilsin.
Yeni tədris ilinin başlaması ilə məktəb və uşaq bağçalarında da qaçqınların yerləşdirilməsi prosesində problem yarana bilər. Almaniya Federal Təhsil Nazirliyindən bildirilib ki, hazırda əyalət təhsil nazirlikləri siniflərdəki şagird sıxlığını minimuma endirməyin yollarını axtarır.
Qaçqınların inteqrasiyası ilə məşğul olan kurslar isə, qəbulları dayandırıblar. “Volkshochschule”dən (VHS) “Report”un Avropa bürosuna bildirilib ki, onların federal əyalətlərdəki kurslarında yerlər dolduğundan yeni gələnləri gözləmə siyahısına almaq məcburiyyətində qalıblar. VHS-dən bildirilib ki, təkcə bu ilin ilk rübündə 190 min qaçqın inteqrasiya kursunu tamamlayıb.
Azad Demokrat Partiyasının Bundestaqdakı təmsilçiləri isə təklif ediblər ki, Almaniyaya qaçqın kimi gələn və uzun müddətdir işləmədən ölkədə yaşayanlar məcburi işlərə cəlb olunsunlar. Onlar bu yolla Almaniyanın məruz qaldığı qaçqın böhranından çıxmağın mümkün olduğunu vurğulayıblar.
551 dəfə oxundu