Penitensiar müəssisələrə giriş üçün COVID-19 testi tələbi ləğv olunur

Penitensiar müəssisələrə giriş üçün COVID-19 testi tələbi ləğv olunur
Penitensiar müəssisələrə giriş üçün COVID-19 testi tələbi ləğv olunur.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, avqustun 1-dən vəkillər, müstəntiqlər və digər şəxslər Penitensiar müəssisələrə daxil olmaq üçün koronavirus testindən keçməyəcəklər.

Məlumatı Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən saytımıza təsdiq ediblər.

Qeyd edək ki, bu günə kimi kənar şəxslər istintaq təxridxanalarına həmçinin Xidmətin müalicə müəssəsinə daxil olarkən PCR testindən keçirdilər. Bu isə mütəmadi olaraq müvəkkilləri ilə görüşə gedən vəkillər tərəfindən narazılıqla qarşılanırdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
668 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...