Növbəti iki gündə geomaqnit qasırğası gözlənilir

Növbəti iki gündə geomaqnit qasırğası gözlənilir
Avqustun 1-2-də G1-G2 səviyyəli geomaqnit qasırğası gözlənilir.

"Report" xəbər verir ki, bu barədə AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Qeyd olunub ki, geomaqnit sahəsinin Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə gün ərzində qeyri-sabit olacağı, iyulun 28-də baş verən atılmalarının təsiri nəticəsində isə 1-2 avqustda G1-G2 səviyyəli geomaqnit qasırğası gözlənilir.

29-30 iyulda da qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları qeydə alındığından həftə ərzində geomaqnit sahəsinin yenidən aktivləşməsi ehtimalı ola bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
567 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...