Mansur Yavaş yenidən bələdiyyə sədri olmaq istəyir

Mansur Yavaş yenidən bələdiyyə sədri olmaq istəyir
Türkiyənin paytaxtı Ankaranın bələdiyyə sədri, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi Mansur Yavaş növbəti yerli seçkilərdə yenidən namizəd olmaq istədiyini açıqlayıb.

Yenisabahaz BBC-yə istinadən xəbər verir ki, o, Zəfər Bayramı münasibətilə təşkil olunmuş tədbirdə çıxış edərkən bu barədə danışıb.

"Nəsib olsa, hamının bələdiyyə sədri olmağa davam etmək istəyirəm. Bu dönəmdə olduğu kimi "partiya emblemi olmayan mer" olaraq fəaliyyət göstərəcəyəm. Seçkilərə qatılıb daha bir 5 il sizinlə olmaq istəyirəm. Hələlik proses davam edir, namizədliyim qəti deyil", - o bildirib.

Qeyd edək ki, 31 mart 2024-cü ildə keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərində İstanbul meri Ekrem İmamoğlu da iştirak etmək niyyətində olduğunu elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
707 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...