Cəmil Məmmədli ilə bağlı daha bir qərar verildi
Həbsdə olan jurnalist Cəmil Məmmədli barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə çıxarılan hökmdən verilmiş şikayətlərə baxılıb.
“Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən iclasda zərərçəkmişlər cəzanın ağırlaşdırılmasını, təqsirləndirilən şəxs isə bəaət qərarı çıxarılmasını xahiş edib.
C.Məmmədli barəsində şikayətə ilk olaraq Xaçmaz Rayon Məhkəməsində baxılıb. Xüsusi ittihamçılar Fuad Həbibov, Gülnarə Həbibova, Cavid Həbibov, və Kəmalə Həbibova birgə məhkəməyə müraciət ediblər.
Şikayət onunla əsaslandırılıb ki, təqsirləndirilən şəxs sosial şəbəkə üzərindən onlara böhtan atıb, həmçinin ünvanlarına söyüş söyərək onları təhqir edib. Xüsusi ittihamçılar C.Məmmədlinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək cəzalandırılmasını tələb ediblər.
Təqsirləndirilən şəxs barəsindəki ittihamları qəbul etməyib. Hökmə əsasən Cəmil Məmmədli verilmiş ittihamlarla təqsirli bilinib.
Lakin məhkəmə ona münasibətdə həbsə alternativ cəza növünü tətbiq edib. O, aylıq qazancından 20 faiz dövlət nəfinə tutulması şərti ilə 2 il müddətinə islah işlərinə məhkum edilib. Hökmdən həm təqsirləndirilən şəxs, həm xüsusi ittihamçılar tərəfindən apellyasiya şikayəti verilib.
C.Məmmədli bəraət qərarı çıxarılmasını, digər tərəf isə cəzanın ağırlaşdırılmasını xahiş edib.
Məhkəmə tərəflərin şikayətlərini təmin etməyib. Qərara əsasən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, hazırda Cəmil Məmmədli başqa bir cinayət işi ilə bağlı həbsdədir. O, hədə-qorxu ilə tələb etməkdə, dələduzluqda və xuliqanlıqda ittiham edilir.
565 dəfə oxundu