“Sputnik Moldova”nın rəhbəri Moldovadan deportasiya edilib

“Sputnik Moldova”nın rəhbəri Moldovadan deportasiya edilib
Moldova hakimiyyəti “Sputnik Moldova”nın rəhbəri Vitali Denisovu ölkədən deportasiya edib.

Bu barədə “Sputnik Moldova” “Telegram” kanalında məlumat verilib.

“Sputnik Moldova”nın rəhbəri Vitali Denisov Moldova Respublikasından qovulub. Bu gün səhər saatlarında Moldova Respublikasından olan miqrasiya xidmətinin əməkdaşları jurnalistin evinə gedərək onu maşına mindirib və deportasiya qərarı ilə hava limanına aparıblar. Ona əşyalarını yığmağa, ev heyvanlarını götürməyə belə icazə verilməyib. Vitali Denisova on il müddətinə Moldova Respublikasına giriş qadağan edilib. Bu barədə Rusiya Federasiyasının Kişineudakı səfiri Oleq Vasnetsov məlumatlandırılıb”, - deyə xəbərdə bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
577 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...