İsraildə 25 yaşlı qadın 25 HƏMAS yaraqlısını öldürdü - FOTO
HƏMAS silahlılarının İsrailə hücumu nəticəsində Nir Am Qəzza ilə həmsərhəd zolağında ciddi ziyan çəkməyən yeganə qəsəbə olub. Bu, 25 yaşlı gənc qadın İnbal Rabin-Libermanın cəsurluğu sayəsində baş verib.
Gundeminfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə informasiyanı İsrailin “Detaly.co.il” nəşri yayıb.
Məlumata görə, İnbal Nir-Am qəsəbəsində doğulub, boya-başa çatıb, İsrailin Müdafiə Ordusunun döyüş bölmələrində xidmət edib və qadın liderliyi məktəbində təhsil alıb. 2022-ci ilin dekabrında qəsəbə onu hərbi təhlükəsizlik koordinatoru vəzifəsinə təyin edib. İnbal bu vəzifədə əmisi Ami Rabini əvəzləyib (Ami Rabin oktyabrın 7-də öldürülüb).
İsraildə hərbi təhlükəsizlik koordinatoru adi günlərdə, eləcə də fövqəladə hallarda ordu və ya polis qüvvələri gələnə qədər ərazinin təhlükəsizliyinə cavabdehdir. O, kənd sakinləri, yerli hakimiyyət orqanları və təhlükəsizlik qüvvələri arasında əlaqələndiricidir və Müdafiə Nazirliyinin büdcəsindən maaş alır.
İnbal qəsəbədə ilk qadın təhlükəsizlik koordinatorudur. O, vəzifə səlahiyyətlərinə çox ciddi yanaşıb. Oktyabrın 7-də səhər, təhlükəni düzgün qiymətləndirib və qısa zamanda kənd sakinlərindən olan “çevik reaksiya dəstəsi”nə silah paylayıb. Gənc qadın evdən-evə qaçıb, özünümüdafiə dəstəsi təşkil edib, qəsəbəni qorumaq üçün plan hazırlayıb və silahlıları pusquya salıb.
Dinc sakinləri öldürməyə gələn terrorçular atəşlə qarşılanıb. Kibbutsa girməyə cəhd edən bütün HƏMAS yaraqlıları öldürülüb. Sonradan hasarın yanında 25 silahlının meyiti aşkarlanıb.
Sakinlər terrorçuları dəf etdikdən sonra İnbal və ailəsi bir çox digər vətəndaşlar kimi təxliyə olunub. Qəhrəman qadın Tel-Əvivdəki otellərdən birində qalıb və oktyabrın 9-da ad gününü qeyd edib.
Qeyd edilir ki, İnbal Rabin-Liberman həm də ictmai fəaldır. O, məhkəmə islahatlarına qarşı etiraz aksiyalarında iştirak edib.
612 dəfə oxundu