Alimlər İsa Məsihin döyməsi olan 1300 yaşlı kişinin qalıqlarını tapdılar

Alimlər İsa Məsihin döyməsi olan 1300 yaşlı kişinin qalıqlarını tapdılar
Alimlər indiki Sudan ərazisində təxminən 1300 il əvvəl yaşamış, İsa Məsihlə əlaqəli unikal döyməsi olan insanın qalıqlarını aşkar ediblər.

Tapıntı müasir Misir və Sudanın bir hissəsini əhatə edən Nubiya bölgəsində orta əsr monastırının yaxınlığındakı qəbiristanlıqda tapılıb.

Kişinin sağ ayağında tapılan döymə Xrizma və ya xrismon (Xi-Ro) simvoludur.

Bu kəşf orta əsrlər Nubiyadakı insanların dini təcrübələri və inancları haqqında unikal məlumatlar verir. Onun sağ ayağındakı döymənin yeri alimlərin marağına səbəb olub, çünki Məsihin çarmıxa çəkilməsi zamanı bu nahiyəyə mismar vurulmuş ola bilər.

Bununla belə, açıq-aydın dini işarələrə baxmayaraq, kişinin rahib olub-olmadığı məlum deyil. Çünki o, monastır qəbiristanlığında deyil, yaxınlıqdakı icmalardan olan insanlar üçün nəzərdə tutulan qəbiristanlıqda dəfn edilib.
Radiokarbon tarixləşdirməyə baxanda bu adamın 667-774-cü illər arasında, xristianlığın bölgədə əsas din olduğu bir dövrdə yaşadığı görünür.

Ölüm zamanı adamın 35-50 yaşları arasında olduğu ehtimal edilir. Döymə yalnız indi qazıntıdan sonrakı əlavə təhlil və tam spektrli fotoqrafiya sayəsində aşkar edilib.

Mənbə: ferra.expert



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
557 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...