Bu yayım operatorlarının lisenziyaları ləğv olundu

Bu yayım operatorlarının lisenziyaları ləğv olundu
Oktybarın 27-də Audiovizual Şuranın növbəti iclası keçirilib.
Gundeminfo.az xəbər verir ki, bu barədə Audiovizual Şuradan məlumat verilib.
Məlumata görə, iclasda xarici televiziya kanallarının retranslyasiya xidmətini həyata keçirmiş bir sıra yayım operatorlarının fəaliyyət göstərməmələri ilə bağlı lisenziyalarının ləğv edilməsi məqsədilə Şuraya müraciətləri müzakirə olunub.
İclasda Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin qeyd olunan məsələ ilə bağlı və həmin operatorların monitorinqlərinə dair məruzəsi dinlənilib. Müzakirələrdən sonra lisenziya sahiblərinin müraciətləri nəzərə alınaraq “Albax TV” MMC, “Real Telecom” MMC və “Şam” MMC-nin müvafiq lisenziyalarının ləğv olunması barədə qərarlar verilib. Həmçinin, yayım fəaliyyətinin 6 aydan çox müddətdə həyata keçirilməməsi səbəbindən “RA Technologies” MMC-nin də lisenziyası ləğv olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
571 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...