Azərbaycanda bu pornoqrafiyaya saytına giriş məhdudlaşdırıldı
Səbail Rayon Məhkəməsində ofseks.ru saytının ölkəmizdə yayımının məhdudlaşdırılması ilə bağlı müraciətə baxılıb.
Qaynarinfo-nun məlumatına görə, ərizə belə əsaslandırılıb ki, vətəndaş Natiq Camalov tərəfindən pornoqrafiyaya aid məlumatların yerləşdiyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə 14 noyabr 2023-cü il tarixli 3- 27/1 -C-5168/1-41/2023 qeydiyyat nömrəli məktubla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət ünvanlanıb. Ərizə müvafiq olaraq məhkəməyə yönləndirilib.
O da müəyyən edilib ki, həmin internet informasiya ehtiyatında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.3.7-ci (qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar) və 13-2.3.11 -ci (Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya) maddələrində nəzərdə tutulan yayılması qadağan edilən informasiyanın yerləşdirilib.
Hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən məhkəmədə hökm çıxarılıb. Qərara əsasən, ölkəmizdə ofseks.ru sayıtına giriş məhdudlaşdırılıb və qətnamənin dərhal icra edilməsinə dair göstəriş verilib.
499 dəfə oxundu