Əziz Orucovla bağlı qərar verildi

Əziz Orucovla bağlı qərar verildi
Bu gün 16:00-da Səbail Rayon Məhkəməsində Əziz Orucovla bağlı istintaq orqanının vəsatətinə baxılacaq.

Axar.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Lamiyə Çerpanova məlumat yayıb.

Qeyd edək ki, Kanal-13 internet televiziyasının rəhbəri Əziz Orucov ötən gün saxlanılıb.

***

"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
517 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...