2024-cü illə bağlı dəhşətli XƏBƏRDARLIQ: ÖLÜMCÜL olacaq
Amerika Birləşmiş Ştatları son iki ildə Ukraynaya 111 milyard dollardan çox hərbi və iqtisadi dəstək verib, lakin indi Senatdakı Respublikaçıların əksəriyyəti əlavə xərclərə qarşı olduqlarını bildirir, qalanları isə hər hansı əlavə maliyyələşdirməyə səs verməzdən əvvəl yeni strategiya ilə tanış olmağı tələb edirlər.
Musavat.com xəbər verir ki, “New York Times” (NYT) qəzetinin yazdığına görə, Vaşinqton və Kiyev administrasiyası bu məqamda yeni strategiya axtarışındadırlar.
Ötən həftə Ukrayna prezidenti Vladimir Zelenski böyük ümidlərin bağlandığı əks-hücum əməliyyatının iflasa uğradığını etiraf etmək məcburiyyətində qalıb: "Daha sürətli nəticələr gözləyirdik. Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Bu, faktdır" deyən Ukrayna lideri, Gözlənilən nəticələr üçün kifayət qədər gücümüz yoxdur. Yaxın Şərqdə baş verən faciə dünya ictimaiyyətinin diqqətini yayındırır".
“New York Times” qəzeti bu məğlubiyyətdən sonra ABŞ və Ukrayna rəsmiləri arasında həftələrlə gərgin danışıqların getdiyini və Ukrayna prezidenti Zelenskinin bazar ertəsi Vaşinqtona tələsik təşkil olunmuş görüşlər üçün gəldiyini yazıb.
ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenskinin Ukraynaya azalan dəstəyi artırmaq üçün hərəkətə keçdiyini qeyd edən NYT bəzi yüksək rütbəli ABŞ rəsmilərinin müharibənin dalana dirənəcəyi təqdirdə Putinin üstünlüyü əldə edəcəyindən narahat olduqlarını vurğulayıb.
Qərb mətbuatında aparılan təhlillərə görə, Rusiya ordusu Kiyevə uğursuz cəhdindən sonra müharibənin axarını dəyişməyə başlayıb və yenidən güclənir. Amerika rəsmilərinin sözlərinə görə, indi Moskvanın daha çox əsgər, sursat və raketləri var. Buna cavab olaraq Vaşinqton Ukraynaya hərbi məsləhət xidmətlərini artırıb və bu məqsədlə Kiyevə üç ulduzlu general göndərib.
Amerika rəsmilərinin fikrincə, Ukrayna rəsmiləri ABŞ-ın müharibəni maliyyələşdirməyə davam etməsinin nə qədər təhlükəli olduğunu dərk etmir, bu səbəbdən də Qərbin mövcud olmayan ehtiyatlarından milyonlarla artilleriya mərmisi tələb etmək kimi qeyri-real gözləntiləri var.
Ukraynanın daha dar büdcə ilə mübarizə aparmalı olacağını deyən ABŞ rəsmiləri Kiyev administrasiyasına “tut və qur” strategiyasını təklif edir. Bu kontekstdə Ukraynanın qalan ərazini qoruyacağı və diqqətini öz silah istehsal qabiliyyətini təkmilləşdirməyə yönəldəcəyi gözlənilir.
“New York Times” qəzetinin irəli sürdüyü versiyaya görə, burada əsas məqsəd o qədər böyük təhlükə yaratmaqdır ki, Rusiya gələn il və ya 2025-ci ildə danışıqlar masasına oturmağa razı olsun.
"Ukrayna hərbi rəsmiləri Rusiyada sabitliyi pozmaq və silah zavodlarına, sursat anbarlarına, qatar xətlərinə hücumlarla simvolik qələbələr qazanmaq üçün yaradıcı yollar axtarırlar, lakin Amerika rəsmiləri deyirlər ki, strategiya dəyişdirilməsə, 2024-cü il Birinci Dünya müharibəsinin ən ölümcül ili olan 1916-cı ilə bənzəyəcək" - NYT yazıb.
668 dəfə oxundu