“Millət olaraq cinsi baxımdan acıq” – Psixoloqdan qalmaqallı açıqlama
Həm sosial şəbəkələrdə, həm də Azərbaycan mətbuatında +18 başlıqların daha çox diqqət çəkməsi reallıqdır. Erotik başlıqlı xəbərlər daha çox oxunur, videolar daha artıq izlənir. Hətta sıradan bir xəbər başlığında bircə erotik kəlmənin işlənməsi baxış, yaxud oxu sayını qat-qat artırır.
Bu nə ilə bağlıdır, hansı psixoloji məqamdan xəbər verir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Samirə Bağırova bildirib ki, ölkəmizdə intim mövzulara maraq böyükdür:
“Azərbaycanda xəbərlər oxunmur. Ancaq başlıqlar oxunur və yalnız başlığı oxuyanlar hücum çəkirlər şərhlər yazmağa. Çünki bizim ölkədə mütaliə etməklə bağlı böyük problem var. Mətbuatımızdan, televiziyamızdan tutmuş hər şeydə intim mövzu mütləq vardır. Çünki millət olaraq cinsi baxımdan acıq. İnternet peyda olandan bu aclıq qabarıq şəkildə özünü göstərməyə başladı”.
Psixoloqun sözlərinə görə, bunun bir sıra psixoloji səbəbləri var. Əsas səbəb valideynlərin yeniyetmə vaxtı övladlarına düzgün cinsi tərbiyə verməməsidir:
“Bunun psixoloji məqamı odur ki, yeniyetmə mərhələsində təhsildə və ailədə uşağın özünü, öz vücudunu tanıması ilə bağlı mövzulara toxunulsa, insan anatomiyası normal şəkildə keçirilsə, ayıblanmasa, intim mövzulara bu qədər maraq, aclıq olmayacaq. Əgər bir müəllim, ya valideyn uşağına spermatozoid, yaxud mensturasiyanın hansı səbəbdən yaranmasını və orqanizmdə nə kimi vacib rol oynadığını ayıb bilib danışmırsa, deməli, ona savadlı müəllim, yaxud sağlam düşünən valideyn demək olmaz.
Ayıblamalar və qadağalarla öz əxlaqsız fikirlərini aşılamış olurlar və uşaq bu informasiyaya ac qaldığından zamanla cinsi aclıq oyanır, sonunda belə bir cəmiyyət yaranır. Bir ailənin tərbiyəsi onu idarə edənlərdən bəlli olur. Dövlət özü böyük ailədir. Bir ölkə üçün ən vacib olan təhsili, mədəniyyəti və səhiyyəsidir. Hər üçündə dərin problem varsa, deməli, həmin sahəni idarə edənlərin eyni psixoloji problemi var”.
636 dəfə oxundu