Bu gün “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olacaq

Bu gün “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olacaq
Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki rəqibi bəlli olacaq.

“Report” xəbər verir ki, AL-nin pley-off mərhələsinin püşkatması Bakı vaxtı ilə saat 16:00-da İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

Sözügedən mərhələnin qalibləri 1/8 finalda Avropa Liqasının səkkiz qrupunun birinciləri ilə birləşəcək.

Fevralın 15-i və 22-nə nəzərdə tutulmuş oyunlarda “Qarabağ”ın ilk matçı, reqlamentə görə, səfərdə baş tutacaq.

“Köhlən atlar”ın potensial rəqibləri “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə), “Şaxtar”dır (Ukrayna).

Xatırladaq ki, daha öncə “Qarabağ”ın sabiq futbolçusu Rauf Əliyev “Yanq Boyz”u Ağdam təmsilçisi üçün ən münasib rəqib hesab edib.

Niderlandın “Feyenoord” klubunun azarkeşlərinin əksəriyyəti isə pley-off mərhələsində Azərbaycan komandası ilə üz-üzə gəlmək istəyirlər.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüşdə İsveç təmsilçisi “Hekken”i 2:1 hesabı ilə məğlub edən “Qarabağ” 10 xalla “H” qrupunda ikinci yeri tutaraq pley-offa yüksəlib. İsveçli “arılar” isə hesabına xal yazdıra bilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
648 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...