Roma Papası katolikləri Milad bayramını təntənəsiz qeyd etməyə çağırıb

Roma Papası katolikləri Milad bayramını təntənəsiz qeyd etməyə çağırıb
Roma Papası Fransisk katolikləri Milad bayramını sadə şəkildə və israfçılığa yol vermədən qeyd etməyə çağırıb.

Bu barədə Vatikanın yerli mətbuatı məlumat yayıb.

“Gəlin bayramı istehlakçılıqla qarışdırmayaq!” – deyə o xalqa çağırış edib.

Pontifik katoliklərdən bu bayramda yoxluqdan əziyyət çəkənlərlə paylaşmağı xahiş edib.

Papa dünyada gedən silahlı münaqişələri də xatırladıb.
“Biz bədbəxtlikdən, aclıqdan, köləlikdən əziyyət çəkənləri də düşünürük”, - deyə o vurğulayıb.

Qeyd edək ki, dünya katolikləri hər il dekabrın 25-nə keçən gecə İsa Məsihin Doğum Gününü qeyd edirlər. Bu bayramı həmçinin protestantlar və bir sıra yerli pravoslav kilsələri də qeyd edirlər.

Mənbə: Vatican News



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
351 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...