Naxçıvanın Televiziya və Radio Şurası və Medianın İnkişafı Agentliyi ləğv edildi

Naxçıvanın Televiziya və Radio Şurası və Medianın İnkişafı Agentliyi ləğv edildi
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov dekabrın 26-da “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin ləğv edilməsi barədə Sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində Ali Məclis sədrinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini Naxçıvan Ali Məclisinə təqdim etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Anar İbrahimovun digər sərəncamı ilə dekabrın 26-da Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının ləğv edilib.
Sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası ləğv edilsin.
2. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi:
2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş qurumun ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
3.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;
3.2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;
3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
573 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...