Faiq Qarayev: "Prosesləri kənardan izləyə bilməzdim"

Faiq Qarayev: "Prosesləri kənardan izləyə bilməzdim"
"Mənim üçün xoş gündür. 2024-cü ildə voleybolda məşqçiliyimin 40 ili tamam olacaq. Prosesləri kənardan izləyə bilməzdim. Voleybol həmişə yüksəklərdə olub".

"Report"un məlumatına görə, bunu voleybol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin olunan Faiq Qarayev mətbuat konfransında deyib.

64 yaşlı mütəxəssis bu təklifi qəbul edərkən çox fikirləşdiyini söyləyib: "İşim çox çətindir. Bu işə gələrkən qarşıma bir məqsəd qoydum. Bu, tək mənim işim deyil. Əl-ələ verib bu idman növünü yüksəklərə qaldıra bilərik. Keçmişlə yaşaya bilmərik. Uğurlar olub. Yığmanın baş məşqçisi olmaq hər kəsə nəsib olmur. Şərəfli və məsuliyyətli işdir. Hesab edirəm ki, düzgün istiqamət götürsək, nailiyyətlər əldə edə bilərik".

F.Qarayev Azərbaycanda voleybolun uğurlarının Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb: "2000-ci ilin əvvəlində Milli Olimpiya Komitəsinin prezidenti olanda bizə dəstək göstərdi. Həmin vaxt şəraitimizin yaxşılaşdırılmasına kömək etdi".

Baş məşqçi sözlərinə belə davam edib: "Tənqidlər də olacaq. Bundan qorxmuram. Mənə dəstək göstərdiyiniz üçün hamınıza təşəkkür edirəm. Xalq və azarkeşlər bizdən qələbələr gözləyir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
610 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...