Rayon rəhbəri şəhid Elmin Quluzadənin anası Mətanət Quluyevanı 50 illik yubileyi münasibəti ilə təbrik edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Kəngərli kəndində yaşayan Vətən müharibəsi şəhidi Elmin Quluzadənin anası Mətanət Quluyevanı 50 illik yubileyi münasibəti ilə ziyarət edib. Şəhid anasını təbrik edərək ona səmimi arzularını çatdırıb, gül dəstəsi və rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə verib. Ailənin qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri şəhidin valideynlərinə Elmin kimi igid oğul böyütdükləri üçün öz minnətdarlığını bildirib.
Sonra İcra başçısı Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi antiterror tədbirlərinin məqsədinin Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, mina terroruna son qoyulması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi olduğunu bildirib.
Rayon rəhbəri şəhidin valideynlərinə dövlətimizin həmişə onların yanında olduğunu, dövlət rəhbərinin şəhid ailələrinin problemlərinin həllinin bütün qurumların qarşısına bir vəzifə kimi qoyduğunu bildirib.
Elmin Quluzadə 1998-ci il noyabrın 1-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Onlar ailədə üç qardaş idilər. Qarabağ müharibəsi iştirakçısı olan Şəmsi oğlanları ilə fəxr edirdi. O,əmin idi ki, vaxtilə özünün və yoldaşlarının bacara bilmədiklərini Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu gənclər edəcək və torpaqlarımız erməni işğalından azad olunacaq.
Şəhidin valideynləri Elmin haqqında xatirələrini bolüşüblər.
Ailənin böyüyü Murad 4 il idi ki, müddətdən artıq hərbi qulluqçu kimi xidmət edirdi. Elmin isə müharibəyə könüllü getmişdi. Şəmsi kişi deyir ki, müharibədə müvəqqəti atəşkəs olduğu günlərdə kiçik oğlu ilə Elminin yanına getmişdi: “Ağdam istiqamətindəydi. Əhval-ruhiyyəsi də çox yaxşıydı. Zarafat elədim. Dedim, gəlsənə mən qalıb sənin yerinə döyüşüm, sən isə qayıt evimizə. Bu sözləri zarafatca desəm də, o, ürəyimdəki nigarançılığı hiss etdi. Axı, Murad da döyüşdəydi. Dedi, ata, sən nə danışırsan, biz sənə söz vermişdik ki, bu torpaqların alınmasında iştirak edəcəyik. Hər dəfə kəndlərimizi geri qaytardıqca, səni gözlərim önünə gətirir və sevinirəm ki, bundan sonra sən də rahat yaşayacaqsan. Oğlum haqlı idi. 30 ilə yaxın bir müddətdə mən televizora baxıb rayonlarımızın işğalı tarixlərini, bu yerlərin dağıdılması haqqında xəbərləri eşidəndə, sanki özümü günahkar hesab edirdim. İndi başımız ucadır. Bu ucalığı şəhidlərimiz öz qanları ilə bizə bəxş etdilər”.
Elmin oktyabrın 16-da Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 17-də Kəngərli kənd qəbiristanlığında dəfn olunub.
Elmin Quluzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”medalları ilə təltif olunub.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
977 dəfə oxundu