“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir
Azərbaycanda mağaza və market vitrinlərində hər qiymətə yağ tapmaq olar. Yağın qiyməti 8-25 manat arasında dəyişir. Yağların qiyməti onların mənşəyindən xəbər verir. Bunun adı kərə yağıdırsa və bu inək südündən alınırs ən azı 1 kiloqram kərə yağının maya dəyəri 15 manat olmalıdır. Üstünə də sahibkarın gəlirini qoyanda bu kərə yağı ən azı 18-20 manata satılmalıdır ki, bundan sahibkar da mənfəət götürsün. Belə olan halda, marketdə 8 manata qoyulan kərə yağının mənşəyi haradandır? 15 manata bu yağı hazırlayıb 8 manata satmaq mümkün deyil. Deməli, kərə yağə heyvan mənşəli, yəni doymuş yağ deyil. Həmin yağların 90%-i palma çəyirdəyindən hazırlanan texniki yağlardır. Dünyada, palma çəyirdəyindən hazırlanan yağlardan qida məhsulu kimi yox, yalnız sənayedə istifadə olunur. Misal üçün, əvvəllər sabun istehsalında piydən istifadə edirdilər indi palma yağından istifadə olunur. Amma Azərbaycanda bunu qida məhsulu kimi istifadə edirlər. Onu da qeyd edim ki, palmanın özündən alınan yağ normal yağdır. Amma palmanın çəyirdəyindən alınan yağ zərərlidir”, - Akif Nəsirli bildirib.

Akif Nəsirli marqarin və palma yağlarının da Azərbaycanda çox istifadə edildiyini bildirib.

"Marqarin və palma yağı Azərbaycan əhalisinin yediyi yağın 80%-ini təşkil edir. Bu yağlar iri molekula malik olduğundan bağırsaqlarda uzun müddət sorulmur.. Bağırsaq süzgəcləri sıradan çıxartmayana kimi o iri molekullu yağlar bağırsaqdan qana keçmir. Orqanizm o süzgəci aradan qaldırır ki, o iri molekullu yağlar qana keçsin və doymuş yağ ehtiyacını aradan qaldırsın. O da orqanizmə keçən kimi, qan vasitəsi ilə hüceyrələrə daşınır və hüceyrələrdəki sitoplazmalarda qalır. Amma hüceyrənin içərisinə nüfuz edə bilmir. Yəni həzm olunmur. Həzm olunmasının qarşısını alan amillərdən biri, iri molekullu olması, digəri isə, o yağların yüksək temperaturda əridilməsidir. Yəni orqanizmdə tutaq ki, 36 dərəcə isti varsa həmin yağların temperauturu 40 dərəcədir. Bu da yağları ehtiyata yönəldir. Orqanizmdə ehtiyat yığılır və bu da insanda piylənmə yaranmasına səbəb olur. Bu piylənmənin deposu da qaraciyərdir. Digər bir adı da qaraciyərin yağlanmasıdır. Bu proses qaraciyəri kiçildir və funksiyasını pozur. Uzun müddət boyu bu yağların orqanizmdə istifadə edilməsi sonucunda qaraciyərin yağlanması əksər hallarda xərçəngə yol verir. Məsələn, bağırsaq xərçəngi, qaraciyər xərçəngi və hətta qan xərçənginə yol açır. Bu barədə Avropa və Amerika alimlərinin araşdırmaları var. Məsələn, marketlərdə gördüyümüz Sana və Möcüzə yağlarına rəng vurulur ki, kərə yağ görünüşü versin amma bunlar əslində marqarin yağıdır”, - Nəsirli vurğulayıb.

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
617 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...