İrəvanda kütləvi aksiyalar yenidən başladı – Paşinyan istefaya çağırılır

  İrəvanda kütləvi aksiyalar yenidən başladı –


Bu gün İrəvanın mərkəzində yenidən vətəndaş itaətsizliyi aksiyası başlayıb.
Yeniavaz.com “Sputnik Armenia”ya istinadla xəbər verir ki, “Vətən uğrunda Tavuş” hərəkatının fəalları və tərəfdarları Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə İrəvanda küçə və prospektləri bağlamağa başlayıblar.
Aksiya iştirakçıları küçə və prospektləri zibil qutuları və skamyalarla bağlayıblar.
Artıq Myasnikyan prospekti, həmçinin, Abovyan və Teryan küçələri bağlanıb.
Hanrapetutyan küçəsi, Tiqran Mets prospekti, Azatutyan prospekti, Tbilisi şosesi, Nalbandyan küçəsi də bağlanan küçə və prospektlər arasındadır.
Bundan başqa, Komitas prospekti ilə Gülbenkyan küçəsinin kəsişməsi, həmçinin Buzand və Vardanants küçələri də bağlanıb.
Myasnikyan prospektində isə polis kütləvi həbslərə başlayıb.
Digər tərəfdən, bu gün hərəkat tərəfdarları fəhlə və tələbə tətilləri də planlaşdırır.
Qeyd edək ki, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri və “Vətən naminə Tavuş” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan İrəvanda keçirilən mitinqdə bazar ertəsi saat 08:00-dan etibarən kütləvi itaətsizlik aksiyaları elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
661 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...