İspaniya Ukraynaya yeni hərbi yardım paketi göndərəcək

İspaniya Ukraynaya yeni hərbi yardım paketi göndərəcək
İspaniyanın müdafiə naziri Marqarita Robles ölkəsinin Ukraynaya yeni hərbi yardım paketi ayırdığını açıqlayıb.

APA xəbər verir ki, nazir bu barədə Ukraynaya silah tədarükünün koordinasiyası üzrə təmas qrupunun iclasında məlumat verib.

Yardım paketinə 155 mm-lik artilleriya mərmiləri və “Leopard 2A4” tanklarının yeni partiyası daxil olacaq.

Həmçinin, Ukraynaya yeni yardıma “MIM-104 Patriot” zenit-raket kompleksi üçün raketlər və inteqrasiya olunmuş açıq müşahidə sistemləri (SIVE) daxildir.

Yardım paketinin iyunun sonuna qədər Ukraynaya çatacağı gözlənilir.

Nazir Robles əlavə onu da əlavə edib ki, İspaniyanın Ukraynaya uzunmüddətli dəstəyi ikitərəfli təhlükəsizlik sazişinin imzalanması ilə gücləndiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
478 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...