Cibgirlərin sevimli hədəfi - Turistlərin ən çox qarət olunduğu 10 Avropa ölkəsi
Emosiyaların təlaşından sayıqlığını itirən turistlər bütün məşhur yerlərdə cibgirlərin sevimli hədəfinə çevrilirlər.
Qaynarinfo xəbər verir ki, "Quotezone" sığorta şirkətinin mütəxəssisləri sosial şəbəkələrdə istirahət edənlərin rəyləri əsasında Avropanın turistlərin ən çox qarət olunduğu 10 ən populyar turizm ölkələrinin siyahısını hazırlayıb.
Həmçinin, tədqiqat müəllifləri bu ölkələrin hər birində səyahət edənlərin xüsusilə aktiv şəkildə cibgirlər tərəfindən ovlandığı əsas cazibəni müəyyən ediblər.
Anti-reytinqə İtaliya başçılıq edir. Burada bir milyon turistə 478 oğurluq hadisəsi düşür və Romadakı Trevi fəvvarəsi ölkənin ən təhlükəli ərazisi kimi tanınıb.
Fransa hər milyon ziyarətçiyə 251 oğurluq qeydi ilə ikinci yeri tutub və cibgirlər Parisdəki Eyfel qülləsi yaxınlığında daha aktivdir.
İspaniya ən çox cibgirlik edən ölkələrin ilk üçlüyünü qapayır - 111 qeyd. Bu baxımdan ən pis turizm məkanı Barselonanın Las Ramblas piyada küçəsi adlandırılıb.
Ən çox cibgirlərin olduğu 10 Avropa ölkəsi:
1. İtaliya, Roma, Trevi Fəvvarəsi
2. Fransa, Paris, Eyfel qülləsi
3. İspaniya, Barselona, Las Rambas Bulvarı
4. Almaniya, Berlin, Brandenburq Qapısı
5. Niderland, Amsterdam, Red Light District
6. Portuqaliya, Lissabon, Alfama rayonu
7. Türkiyə, İstanbul, Sultanahmet rayonu
8. Yunanıstan, Afina, Akropol Muzeyi
9. Polşa, Krakov, Rynok meydanı
10. İrlandiya, Dublin, Ginnesin Pivə Muzeyi
256 dəfə oxundu