Ağadadaş Ağayev: “Bütün məsələlər havada qalıb” - VİDEO

Ağadadaş Ağayev: “Bütün məsələlər havada qalıb” -
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı başlayır.

“Qafqazinfo”nun məlumatına görə, Binəqədi Rayon Məhkəməsindəki ilk baxış iclasında prokuror ittihamı elan edəcək.

Xalq artisti məhkəmədən əvvəl jurnalistlərin suallarını cavablandırıb.



İttihamda deyilir ki, Ağadadaş Ağayev hadisə günü “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilova kobud formada səslənərək onu yanına çağırıb. Mühafizəçi çağırışına cavab vermədiyi üçün uca səslə onun ünvanına nalayiq sözlər işlədib. Daha sonra isə əsəbiləşərək əlindəki baltanı ona tərəf atıb. Nəticədə balta hədəfdən yayınaraq hospitalda xadimə işləyən qadının ayağına dəyib.

İstintaq materiallarında yazılır ki, bundan sonra təqsirləndirilən müğənni ilə mühafizəçi arasında əlbəyaxa dava başlayıb.

Bu əməlləri ilə Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsində nəzərdə tutulan cinayət törədib. O bu maddə ilə təqsirli bilinərsə, 2 ildən 5 ilə qədər azadlıqdan məhrum oluna bilər.
Ağadadaş Ağayev: “Bütün məsələlər havada qalıb” -
Ağadadaş Ağayev: “Bütün məsələlər havada qalıb” -

Ağadadaş Ağayev məhkəmədə vəkili Asim Abbasovla birgə iştirak edir. Müğənni Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə verilmiş ittihamla razılaşmır.

***

A.Ağayev ifadə verib: “Mən özümü təqsirli bilmirəm. Ona görə indi çıxış etmək istəmirəm. Bir onu deyə bilərəm ki, bütün məsələlər havada qalıb, hər şey məntiqdən kənardır”.

A.Ağayevin vəkilinin xahişi ilə müvəkkilinin dindirilməsi bu 3 dekabra kimi salınıb.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
53 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...