Mədəniyyət Nazirliyinin mətbu orqanları bağlanır

Mədəniyyət Nazirliyinin mətbu orqanları bağlanır
Mədəniyyət Nazirliyinin mətbu orqanlarının - "Mədəniyyət" qəzeti və "Mədəniyyət" jurnalının fəaliyyətini dayandırılmasına qərar verilib.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, gələn ilin əvvəlindən hər iki nəşr fəaliyyətini dayandıracaq. Artıq bununla bağlı qəzet və jurnalın kollektivinə məlumat verilib.
Qeyd edək ki, “Mədəniyyət” qəzetinin ilk sayı 1991-ci ilin 2 yanvar tarixində nəşr olunub. Qəzetin elektron versiyası (www.medeniyyet.az) isə 2008-ci ilin oktyabrından fəaliyyət göstərir. Baş redaktoru Vüqar Əliyevdir.
“Mədəniyyət/Culture” jurnalı 1967-ci ildən çıxan elmi-metodiki, publisistik “Mədəni-maarif işi” jurnalının bazasında yaradılıb. 2012-ci ilin yanvar ayından “Mədəni həyat”, 2015-ci ilin martından “Mədəniyyət.AZ”, 2020-ci ildən isə “Mədəniyyət/Culture” adı ilə işıq üzü görür. Baş redaktoru Zöhrə Əliyevadır.
"Mədəniyyət” qəzeti həftədə 2, “Mədəniyyət” jurnalı isə ildə 6 dəfə çıxır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
298 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...