Siqaret çəkməyənlər də bu xəstəliyə tutula bilər

Siqaret çəkməyənlər də bu xəstəliyə tutula bilər
Ağciyər xərçəngi təkcə siqaret çəkənlərdə yaranmır. Passiv siqaret çəkənlərdə də olur. Passiv siqaret çəkmə gündə 1-2 ədəd çəkmək və ya evdə aktiv şəkildə siqaret tüstüsünə məruz qalmaqdır.

Gundeminfo.az Medicina.az-a istinadən xəbər verir ki, həkim Mariya Belyayeva ağciyər xərçənginin digər səbəblərindən danışıb:

“Risk qrupunda təkcə siqaret çəkənlər yox, zərərli sənaye peşələrində çalışanlar da var. Bəs passiv çəkmə necə təsir edir?

Çox zaman siqaret çəkməyən insanlar havada olan siqaret tüstüsünü udmalı olur, bu tüstüdə kanserogen formaldegid, fenol və s. var. Bu da həm ağciyərlərə, həm də qana zərərli təsir edir. Eləcə də insan əgər həm aktiv çəkir, həm də alkoqol içirsə, bu risk 2 dəfə artır.

Kontrolsuz olaraq, həkim tövsiyəsi olmadan immuniteti qaldırmaq və ya sağlamlıq üçün içilən retinol, karotin və E vitamini tərkibli əlavələr, vitaminlər də təəssüf ki, xərçəngi yarada bilir.

Ağciyər xərçənginin əsas simptomları:

- 1 aydan çox çəkən öskürək

- Ağciyərlərdə infeksiya

- Qanlı bəlğəm

- Nəfəs alanda ağrı

- Təngnəfəslik

- İştahsızlıq

- Tərləmə

Ağciyərlərin ildə 1 dəfə rentgen və KT müayinəsi olmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
78 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...