Azercell-dən tələbələr üçün Mobil Media təlimi

Azercell-dən tələbələr üçün Mobil Media təlimi

Fəaliyyətdə olduğu müddət ərzində ölkədə peşəkar jurnalist kadrlarının inkişaf etdirilməsinə öz töhfəsini gətirmiş olan Azərbaycanın lider mobil operatoru Azercell Telekom mayin 19 və 20-də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri üçün peşə təlimi təşkil etdi. Təlimçi qismində Böyük Britaniyadan dəvət olunmuş beynəlxalq miqyaslı jurnalist Den Meyson iştirak edirdi. Den Meyson rəqəmsal jurnalistika və sosial media sahəsində ixtisaslaşmış mütəxəssisdi. O, Azərbaycanla yanaşı, Gürcüstan, Qətər, İsrail, Misir, Çin, Abu Dabi, İordaniya, Kipr və Avropa ölkələrində təlimlər keçib. Den Meyson 25 il ərzində Böyük Britaniyada gündəlik qəzetlərdə, jurnallarda fəaliyyət göstərib.

Azercell-in təşkil etdiyi bu dəfəki təlimdə Den Meyson iştirakçılara Google – axtarış sisteminin multimedia imkanları, sosial şəbəkələrlə iş, bloq sayt yaratmaq vərdişlərini izah edib. Təlim ərzində iştirakçılar saytların işlənib-hazırlanması veb-sayt və bloqa nəzarət, foto şəkillərin çəkilməsi, redaktə edilməsi və bir sıra yeni bilgilər əldə ediblər.

Təlimin sonunda Azercell tərəfindən tələbələrə sertifikat təqdim olunub. Xatırladaq ki, indiyə qədər jurnalistlər üçün Azercell tərəfindən çoxsaylı təlimlər keçirilib. Regional jurnalistlər üçün ilk təlim də Azercell tərəfindən təşkil olunub. Təlimlərlə yanaşı Azercell jurnalistlərin hərtərəfli inkişafı üçün müxtəllif layihələr həyata keçirir. Artıq 6 ildir ki, jurnalistlərin inkişafına kömək etmək məqsədilə onlar üçün ingilis dili kursları təşkil olunmaqdadır. Azercell yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi tarif planı - Mediacell tarifini hazırlamışdır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1593 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...