Lənkəran İcra Hakimiyyətindən təkzib gəldi yazılanlar şərdir
Azərbaycan olduqca mühüm bir hadisəyə I Avropa Oyunlarına hazırlaşır. Bu KİV-in bir nömrəli mövzusudur. Təəssuf ki, bir sıra mətbu orqanlar bu muhum olaya yer ayırmaqdansa həmin müstəvidə reket jurnalistikaya xas niyyət və məqsədlərinin reallaşdırılmasına imkanlar yarandığı anlamına gəlirlər. “Sonolay.org” internet saytı da özunun bu gün yayımladığı “Taleh Qaraşov Lənkəranda “Avropa Oyunlarına” pul yığdırır” başlıqlı məlumatla girəvəni əldən verməmək niyyətini nümayiş etdirir. Məlumat belə desək, sivil jurnalistikaya aid nümunələrdən çox-çox üzaqdır.
Onun tamamilə yalan, iftira, böhtan olduğunu açıqlamazdan əvvəl nəyə görə təqdim olunmasına aydınlıq gətirmək istərdik. “Sonolay.org” saytının rəhbəri Ramin Məhəmmədoğlu 29 may 2015-ci il tarixdə saat 13 radələrində 051-797 64 64 nömrəli mobil telefonla Lənkəran Şəhər İcra Hakimiyyətinə zəng edərək hansısa mənbədən ona Lənkəranda I Avropa Oyunlarına köməklik adı ilə pul yığılması barədə yazı daxil olduğunu bildirib. Müəmmalı mənbəyə məxsus materialın dərc olunmasında Lənkəran ŞİH və onun rəhbərliyinin hərtərəfli ziyan çəkəcəyini nəzərə çatdırıb. Bunun qarşısının alınması üçün xidmətini təklif edib. Qeyd edib ki, yazının dərc olunması üçün ona 500 manat təklif olunur. Baş redaktor yazının dərc olunmaması üçün icra hakimiyyətindən alternativ variant soruşub. Təbii ki, belə şər variantına qarşı heç bir təklifimiz ola bilməzdi. “Sonolay.org”un rəhbərliyi 3 gün gözləyəndən sonra 01.06.2015-ci il tarixdə saat 13 radələrində 051-797 64 64 nömrəli və işçisi 055-242 79 59 nömrəli mobil telefonla yenidən zəng edərək xəbərdarlıq xarakterli fikirlərini dilə gətiriblər. Bildiriblər ki, onları qane edəcək məbləğdə pul vəsaitinin verilməyəcəyi təqdirdə yazı “sonolay.org” saytı ilə yanaşı digər saytlarda da dərc olunacaqdır. ŞİH-i əməkdaşının hansısa yalan informasiyaya görə belə sövdələşmənin ağlasığmaz olduğunu deməsini görən sayt rəhbəri məqsədinə nail ola bilməyəcəyini görüb məlumatı yayımlamışdır.
Qeyd edək ki, I Avropa Oyunları bütün Azərbaycan xalqı kimi lənkəranlıların da tarixi nailiyətidir. Lənkəranlıların Avropa Oyunlarının məşəlini qarşılayarkən keçirdikləri sevinc hissi bunu bir daha sübut etdi.
Buna görə də tam qətiyyətlə bilərik ki, sivil jurnalistika ilə bir araya sığmayan, yalan, böhtan yolu seçənlər heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər. Bunun son nəticəsi heç də arzu olunan deyil. Yəni həm media, həm də hüquqi müstəvidə cavabdehlik doğura bilər.
Sonda əlavə edək ki, “sonolay.org” saytının seçdiyi yol heç də təsadufi deyil. Sayt Azərbaycan Mətbuat Şurasının qara siyahısında olan “Sonolay” qəzetinin varisidir, təsisçi də, baş redaktor da eyni şəxsdir. Göturulən yol da, üslüb da dəyişilməzdir-REKET JURNALİSTİKA!
2406 dəfə oxundu