Prokuror jurnalistin barəsində olan hökmdən protest verib

Prokuror jurnalistin barəsində olan hökmdən protest verib


Prokuror jurnalist Elçin Həsənovun barəsində olan hökmdən apellyasiya protesti verib.

APA-nın məlumatına görə, bu barədə E. Həsənov özünün “Facebook” səhifəsində məlumat paylaşıb. Apellyasiya protestində prokuror onun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Nizami rayon Məhkəməsinin hökmü ilə xuliqanlıqda ittiham olunan jurnalist Elçin Həsənov 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Elçin Həsənovun barəsində “Asiya” agentliyinin keçmiş rəhbəri Cəfər Cəfərovun şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb. Elçin Həsənov Cinayət Məcəlləsinin 221.1-ci maddəsi (xuliqanlıq) ilə ittiham olunub . O, "Yüksəliş naminə" qəzetinin redaktor müavini olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
880 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...