"Toyota" və "Honda" 2 milyon 225 maşının geri çağırır
Yaponiyanın aparıcı avtomobil istehsalçılarından olan "Toyota Motor" şirkəti 2010-cu ilin mayında və 2014-cü ilin noyabrında buraxılan modellərini dünya bazarından yığışdırmağa qərar verib. ANS PRESS-in məlumatına görə, yapon bazarından təqribən 340 min, ABŞ bazarından 110 min, Avropadan 160 min avtomobil geri çağırılacaq. Buna səbəb isə avtomobillərin təminat problemində yaranan problemdir. Geri çağırılanlar "Prius" markalı avtomobillərdir.
Maşınlar proqram təminatında yaranan nasazlıqla bağlı yenidən texniki baxışdan keçiriləcək. Yaponiyanın "Honda" şirkəti də 1,6 milyon avtomobilı yığışdırmaq qərarına gəlib. Şirkətin məlumatına görə, bu, 2010-cu ilin mayında və 2014-cü ilin noyabrında istismara verilən modellərə aiddir. Yapon bazarında təqribən 340, ABŞ-da 110, Avropada 160 min avtomobil geri gətiriləcək. Bu maşınların da proqram təminatına nasazlıq aşkarlanıb. Bu, avtomobillərdə tənzimləyici göstəricilərin vaxtsız işləməsinə, nadir hallarda isə nəqliyyat vasitəsinin istismarı zamanı əsas sistemlərin söndürülməsinə gətirib çıxara bilər.
Ümumiyyətlə, "Toyota Motor" Koorporasiyası Yaponiyada nəhəng avtomobil sənayesi istehsalı ilə məşğul olan nəhəng "Toyota Group"un böyük bölməsidir. Əsası 1937-ci ildə qoyulmuş şirkətin qərargahı Toyota şəhərindədir və ştatda olan əməkdaşlarının sayı 300 min nəfərdir.
1232 dəfə oxundu