Azercell Yardımlıda yeni AzEks istifadəyə verdi

Azercell Yardımlıda yeni AzEks istifadəyə verdi


Müştərilərinə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə ölkənin telekommunikasiya bazarının lideri Azercell Telekom Bakıda və eləcə də regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaqdadır. Belə ki, 4 avqust tarixindən etibarən şirkət Yardımlıda Heydər Əliyev prospekti, 74 ünvanında yeni AzEks ofisini abunəçilərinin ixtiyarına verib. Yeni AzEks ofisi hamı üçün rahat olan “bir nöqtədə üç xidmət” ("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abunəçilər Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Xatırladaq ki, məhz Azercell Telekom 2004-cü il avqustun 27-də Bakıda ilk Azercell Ekspres ofisini istifadəyə verməklə, MDB dövlətləri arasında öz abunəçilərinə bu xidmət konsepsiyasını təqdim edən ilk şirkət oldu.

Öz şəbəkəsini və əhatə dairəsini daim genişləndirən Azercell-in hal-hazırda Bakıda 15, regionlarda isə 35 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə Azercell-in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti Mərkəzi mövcuddur. Ümumillikdə isə Azərbaycan üzrə Ekspes ofislərinin sayı 50-yə çatıb. Yardımlıda açılan yeni ofis sakinlərə operativ və rahat xidmət göstərməklə yanaşı, eyni zamanda ölkənin ən nümunəvi və peşəkar abunə xidmətindən yararlanmağa imkan yaradacaq.
Əlavə olaraq onu da nəzərinizə çatdıraq ki, Asan-1, Asan-2, Asan-3 Xidmət Mərkəzləri və Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət Mərkəzlərində də Azercell şirkətinin müştəri xidmətləri fəaliyyət göstərir.


Abunəçilərinin operativ və keyfiyyətli xidmətdən istifadəsini təmin etmək üçün Azercell bütün ölkə boyu Ekspres ofislərinin sayını artırmaqda davam edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1247 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...