Xalq artisti İlham Əsgərovla vida mərasimi başa çatıb, cənazə Masallıya yola salınıb

Xalq artisti İlham Əsgərovla vida mərasimi başa çatıb, cənazə Masallıya yola salınıb


Xalq artisti İlham Əsgərovla vida mərasimi başa çatıb. "Report" xəbər verir ki, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, nazirin birinci müavini Ədalət Vəliyev, nazirliyin rəsmiləri, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, teatrın bədii rəhbəri - baş rejissoru Azərpaşa Nemət və başqaları iştirak edib.

Nazir müavini Ədalət Vəliyev nazirlik adından çıxış edib. O, xalq artistinin vəfatının Azərbaycan teatrı üçün ağır itki olduğunu deyib: "İlham Əsgərovu çox erkən itirdik".

Vida mərasimi başa çatandan sonra İ.Əsgərovun cənazəsi qaldırılıb. Mərasimə toplaşanlar xalq artistini son mənzilə alqışlarla yola salınıblar. Cənazə Masallı rayonuna yola salınıb.
Mərhum Masallı rayonunun Xoşçobanlı kəndində atasının yanında dəfn olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1443 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...