“Volvo” tarixinin ən böyük geri çağırma əməliyyatına başlayıb

“Volvo” tarixinin ən böyük geri çağırma əməliyyatına başlayıb

İsveçin avtomobil istehsalçısı “Volvo” şirkəti ön təhlükəsizlik kəmərlərində yaranan problemlərə görə 2,1 milyon nəqliyyat vasitəsini geri çağırır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin sözcüsü Stefan Elfstrom yazılı açıqlamasında bildirib.

Xüsusilə 2006-2019-cu illər arasında istehsal olunmuş nəqliyyat vasitələrində belə bir problemin olduğunu vurğulayan Elfstrom deyib: “Bu günə qədər dünya miqyasında ən böyük geri çağırma əməliyyatını gələcəkdə daha böyük problemlərlə qarşılaşmamaq üçün keçirdik. Avtomobil sahiblərinə məktub göndərərək vəziyyəti bildirəcəyik”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
967 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...