Mirşahin Ağayevlə bağlı son xəbər

Mirşahin Ağayevlə bağlı son xəbər

Koronavirus (COVID-19) infeksiyasına yoluxan “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Real TV) baş direktoru Mirşahin Ağayevin vəziyyəti stabildir və müalicəsi davam etdirilir.

“Yeni Sabah” xəbər verir ki, bunu Modern.az-a açıqlamasında “Real”ın baş redaktor müavini Lalə Nurəddinqızı bildirib.

L.Nurəddinqızının sözlərinə görə, M.Ağayevin həyat yoldaşı Səbinə Ağayeva bəzi məlumatlarda deyildiyi kimi xəstəxanada deyil:

“Onun səhhətiylə bağlı heç bir problem yoxdur”.

Qeyd edək ki, təhlükəsizlik səbəbilə Mirşahin Ağayevin yaxınları və son günlərdə təmasda olduğu şəxslər araşdırılaraq tibbi nəzarətə götürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
663 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...