Unibankın sərfəli əmanət-kredit kampaniyası davam edir

Unibankın sərfəli əmanət-kredit kampaniyası davam edir
Övladınızın gələcək təhsili üçün pul ayırmaq, yaxın gələcəkdə planlaşdırdığınızı bir işi görmək, pulunuzu etibarlı bir ünvanda dəyərini artıraraq saxlamaq istəyirsinizsə, "Unibank”ın 2 aylıq "+2%, -2%” kampaniyası əla fürsətdir.

Pulunuzu həm +2%-lə banka əmanət edirsiniz, həm də qorunan əmanət olmaqla yüksək faizlə əmanət hesabı açmaq imkanı qazanırsınız. Planlarınızı həyata keçirmək üçün pul lazımdırsa da, "Unibank”ın "+2%, -2%” kampaniyası çərçivəsində sərfəli şərtlərlə kredit götürə bilərsiniz. Kampaniya dövründə "Unibank”dan onlayn kredit sifariş edərək, krediti 2% daha aşağı faizlə rəsmiləşdirin.

Kampaniya dövründə "Unibank”da əmanət hesabı açmaqla, bu üstünlükləri qazanırsınız:

- "Müddətli” manat əmanətində 2% daha yüksək faiz əldə edirsiniz;

-Ölkənin stabil inkişaflı və mənfəətli bankının 1 milyondan artıq müştərisindən biri olursunuz;

- Depozitiniz Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur;

- Vəsaitiniz daha təhlükəsiz ünvanda saxlanılaraq, sizə illik artım gətirir.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə qorunan əmanətlərin yuxarı həddi 12% təşkil edir və "Unibank”a yerləşdirilən bütün əmanətlər sığortalanır.

2% daha aşağı faizlə kredit əldə etmək üçün isə bank filiallarında növbə gözləməyə ehtiyac yoxdur. Onlayn sifariş edirsiniz və filialda dəqiqələr ərzində kreditinizi rəsmiləşdirirsiniz.

Krediti banka gəlmədən:
- 050 778 8117 whatsapp nömrəsinə yazaraq;

- "Kredit” sözünü sms ilə 8117-yə göndərməklə;

- "Unibank”ın yenilənmiş mobil tətbiqi olan uBank vasitəsi ilə;

- www.unibank.az saytından (https://unbk.az/2PgNi30) onlayn sifariş etməklə əldə edə bilərsiniz.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. "Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, fəaliyyət göstərir. Həmçinin, bankın paytaxt və bölgələrdə yerləşən bir sıra filiaları şənbə günləri də müştərilərə xidmət edir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
734 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...