“Türkiyədə sosial şəbəkələr bağlanmayacaq, amma...”

“Türkiyədə sosial şəbəkələr bağlanmayacaq, amma...”
Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın son zamanlar ölkə gündəmində yayılan sosial şəbəkələrin bağlanması ilə bağlı xəbərlərə münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, İbrahim Kalın bu barədə Anadolu Agentliyinə açıqlama verib. O hazırda belə bir planın mövcud olmadığını bildirib. "Sosial şəbəkələrin bağlanmasına dair heç bir plan yoxdur. Ancaq tənzimlənməli olduğu barədə artıq razılığa gəlinib", -deyə Kalın bildirib.

O bildirib ki, gerçək həyatda cinayət kimi qəbul olunan əməllər virtual həyatda da cinayət hesab edilməlidir.

"Əgər sizi təhqir edirəmsə, böhtan atıramsa, şəxsi hüquqlarınızı pozuramsa, intim biliyinizi ortaya qoysam və ya terror təbliğatı aparıramsa, bu, real həyatda cinayət sayıldığı kimi, virtual aləmdə də cinayət sayılmalıdır",-deyə İbrahim Kalın qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
754 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...