Sovet dövründə Gəncədə buraxılan nadir avtomobil tapıldı

Sovet dövründə Gəncədə buraxılan nadir avtomobil tapıldı

Rusiyada eksperiment kimi istehsal edilən unikal furqon - “KiAZ-3727” tapılıb.

Virtualaz.org Rusiya mərbuatına istinadən xəbər verir ki, avtomobil 80-ci illərin ikinci yarısında Avtomotor Elmi-Tədqiqat İnstitutu və Ulyanovsk Avtomobil Zavodunun (UAZ) birgə layihəsidir. Modelin Azərbaycanın Gəncə şəhərindəki ( o vaxtkı Kirovabad) avtomobil zavodunda istehsalı nəzərdə tutulurdu. Lakin SSRİ-nin dağılması və Qarabağdakı müharibə bu planları yarımçıq qoyub.

Sovet dövründə Gəncədə buraxılan nadir avtomobil tapıldı


Eksperiment kimi cəmi 6 ədəd istehsal olunan “KiAZ-3727” modelinin günümüzə qədər gəlib çatmadığı ehtimal olunurdu. Buna görə də, qəfildən auto.ru saytında fotoşəklinin peyda olması avtomobil tarixi ilə maraqlanan şəxslərin təəccübünə səbəb olub. Satışa çıxarılan avtomobilin əsas hissəsi yaxşı vəziyyətdədir, ancaq mühərrik və sürət qutusu sökülüb. Sahibi bu furqona 400 min rubl satış qiyməti qoyub.

“KiAZ-3727” modelinin digər UAZ avtomobillərində olduğu kimi 2,5 litr həcmli mühərrik və 4 pilləli, arxa ötürücülü mexaniki sürət qutusu ilə təchiz edilməsi nəzərdə tutulurdu. Avtomobilin yük tutumu gələcək “Qazel” avtomobillərindəki kimi 1,5 ton olmalı idi. Furqonun Ulyanovsk Avtomobil Zavodunun özündə istehsal edilməsi nəzərdən keçirilsə də, lakin sonradan bundan imtina edilib. Sonradan “UAZ-3727” üzərində təcrübələrdən Polşanın “FS Lublin” və Bryansk “BAZ-3778” modellərində istifadə edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
689 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...