Alimlər 23 ölkəyə xəbərdarlıq etdi

Alimlər 23 ölkəyə xəbərdarlıq etdi

Planetimizin insan sıxlığı ilə üzləşəcəyindən qorxmağa gərək yoxdur, XXI əsrin sonlarında Yer kürəsinin əhalisi əhəmiyyətli dərəcədə azalacaq və bu, dünya nizamının dəyişməsinə səbəb olacaq.

Bu barədə Almaniyanın “Die Zeit” qəzetində dərc olunan təhlildə yazılıb.


Yazının müəllifi Teo Zommer Sietldəki (ABŞ) Vaşinqton Universitetinin apardığı araşdırmaya əsasən qeyd edir ki, 2100-cü ilə qədər 23 ölkə əhalisinin yarısını itirəcək. Bunların arasında Ukrayna, Yaponiya, Çin və İspaniya ilk sıralarda qərarlaşıb.

Alimlərin yeni proqnozlarına görə, dünya əhalisinin artım tempi aşağı düşüb və 2064-cü ildən etibarən insanların sayı azalmağa başlayacaq.

40 il sonra dünya əhalisinin 9,73 milyard olacağı və əsrin sonuna qədər 8,79 milyarda enəcəyi ehtimal edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
727 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...