Rusiyada koronavirusa yoluxanların sayı 800 mini ötdü

Rusiyada koronavirusa yoluxanların sayı 800 mini ötdü

Rusiyada son sutka ərzində daha 5 811 nəfərdə koronavirus aşkarlanıb, bununla da ölkə üzrə yoluxanların ümumi sayı 800 min 849-a çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 645 nəfər.

Məlumatda deyilir ki, bir gündə virusdan həm də 154 nəfər ölüb. Beləliklə, Rusiyada pandemiya qurbanlarının sayı 13 min 046 nəfər olub.

İndiyədək 588 min 774 xəstə sağalıb.

Xatırladaq ki, Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Braziliya və Hindistandan sonra dünyada dördüncü yeri tutur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
610 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...